BİR OMUR

BİR OMUR
İSTƏRƏM Bu isti əllərin sehrində olmaq, Gözlərinə baxıb içində qalmaq. İnciyən könlünün qadasın almaq, Səninlə beləcə qalmaq istərəm. Qeyri -adi bir varlıqsan mənimçün, Məhəbbətdən yoğrulmusan mənimçün. Sən anadan doğulmusan mənimçün, Səninlə beləcə qalmaq istərəm. Səninlə yaşayıb səninlə ölləm, Qəmli anlarımı səninlə bölləm. Qoy olum mən sənin əbədi kölən, Səninlə beləcə qalmaq istərəm.
MURAD AXMED
yesterday 21:53
MURAD AXMED
yesterday 14:51
MURAD AXMED
yesterday 09:27
MURAD AXMED
yesterday 09:23
Əsir həsrət küləyi Bağrımı qan eyləyir. Görən Əsir həsrət küləyi Kədər notları vurur. Bu vida nəğməsidir? İçimdəki səs donur. Əsir həsrət küləyi, Vücudum heydən düşür. Gözlər dolur,qəlb küsür, Susan qəlblər öpüşür. Əsir həsrət küləyi , Dinmə kədərim,ağla, Könül,dayanma ,çağla. Həsrət yolunu bağla. Əsir həsrət küləyi, Ayrılıq donu geyir. Sevdaya "susma"deyir, "Ağla doyunca "deyir.
Show more