Fatimə(s.ə) Peyğəmbər(s)-dən sonra nə qədər yaşadı?
Fatimə(s.ə)-nin Peyğəmbər(s)-dən sonra nə qədər yaşaması barədə tarixçilər arasında fikir ayrılığı vardır. Onların əksəriyyəti bu müddətin altı ay olması fikri üzərində dayanırlar. Bir qism tarixçi isə bu müddətin qırx günə bərabər olmasını iddia edir. Bizim nəzərimizcə, həzrəti- Fatimə(s.ə) Atası(s)-nın vəfatından 95 gün sonra, cəmadiyul-axir ayının 3-də (hicrətin 11-ci ili) dünyadan getmişdir.
Məhəmməd ibn Cərir Təbəri mötəbər mənbəyə əsaslanaraq İmam Sadiq(ə.s)-in belə buyurduğunu qeyd edir: «Fatimə(s.ə) çərşənbə axşamı cəmadiyul ayının 3-də vəfat etmişdir. Şəhid olmasının səbəbi isə budur ki, Ömər ibn Xəttabın qulamı Qunfuz Ömərin əmri