TOVUZ-Saz ,Söz Diyarı və Qəhrəmanlar Yurdudur...
102 kənd və TOVUZ və QOVLAR olmaqla 2 şəhərdən ibarətdir.Ərazisi 1942 km²,əhalisi 160 000 nəfərdir.Rayon kimi 1930-cu ildə təşkil olunub.Mərkəzi TOVUZ şəhəridir."Taus” ərəb dilində mələk deməkdir. Şəhərin adı iki qohum türk qəbiləsinin – Oğuz və Toğuzun adından əmələ gəlib. Türk – Şumer mənbələrində bu kəlimə müqəddəs dağ yeri, eləcə də, 9 Oğuz türk qəbiləsinin məkanı mənasında da işlədilib.Tovuz Azərbaycan Respublikasının şimal-qərbində, Gəncə-Qazax düzündə yerləşməklə əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Tovuz şəhəri paytaxt Bakıdan qərbdə, Bakı-Qazax magistralının 430 km də yerləşir.