öz namusu ilə də zina
ediləcək
Belə rəvayət edilir. Həzrət
Davudun (ə) dövründə fasiq bir
kişi varmış
Günlərin birində bu fasiq kişi
yoxsul birinin arvadıyla yaxınlıq
edir. Qadınla əlaqədə olduğu vaxt
başqa bir kişinin onun arvadıyla
zina etdiyi gözləri önünə gəlir.
Həmin fasiq kişi tez evinə dönür.
Arvadının doğrudan da yad kişi ilə
zina etdiyini görür. Kişini
cəzalandırmaq üçün Davudun (ə)
yanına aparır.
Allah-təala tərəfindən Davuda (ə)
bu şəxs haqqında vəhy nazil olur:
“O şəxsə de ki, nə əkərsən, onu
da biçərsən. Sən başqasının
arvadıyla zina etdin, başqa birisi
də sənin arvadınla.”
Hədislərin birində belə nəql
olunur: “Əgər bir şəxs zina etsə,
qarşılıqlı əvəzini görər. Arvadı
varsa ona, yoxsa, övladlarına
təcavüz edilər. (zina olunar) (“Əl
ənvarun-nəmaniyə”, səh. 342.)
Üsuli-kafi kitabında buna oxşar
rəvayət nəql olunmuşdur. Belə bir
əhvalat Musa (ə) peyğəmbərin də
dövründə baş vermişdir. Sonra
Cəbrayıl (ə) Musa (ə)
peyğəmbərə nazil olub ərz edir:
“Onlara de: “Hər kim zina etsə,
bir gün onun öz namusu (ana və
ya bacısı, qızı) ilə də zina
ediləcəkdir.”
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев