560602581644

ELCIN ELIYEV

SƏBƏBKARƏ ŞÜKÜR Borc verir faizə dost dostuna, əğyarə şükür, Ölüb öldürmə hələ yoxdusa dostlarə şükür. Qarabağ davası bu millətin açdı içini, Qara ağdan belə ayrıldı, səbəbkarə şükür. Seçkilər vaxtı bir az zəhrimar atdı, yaşadıq, İndisə təkcə zəhərdir, o zəhrmarə şükür. Nə pulum var, nə işim var, nə bir əynim, nə başım, Atmayıbdırsa mitilmi bayıra, yarə şükür. Ağızı şorpalılar, azəri avropalılar, Öpüşürlər küçədə, ay kişi, bulvarə şükür. Bir zaman qız-gəlinə şalvarı irad elədik, İndi gündəyməzi vitrindədi, şalvarə şükür. Heç fikir çəkmə ki, testdən kəsilərsən, a bala, Onu da qurdalayırlar, neçə dollarə şükür. Mənə can borcunu faizlə veribdirsə Xuda, Onu Pünhandan alıb yüz ilə qurtarə
560602581644

ELCIN ELIYEV

GÜRZƏ İLANNAN GEDİRİK Bu yeni eraya biz bir quru cannan gedirik, Amma ki, zurna-qavalnan, balabannan gedirik. Ağ ilan üstə olan il bizə heç sərf eləmir, Çünki biz ağ yalan üstündə olannan gedirik. Yenə korrupsiya, rüşvət şüarın əldə tutub, Təzə meydan sulayıb köhnə plannan gedirik. Gömrüyündən təzə əsrin bizi kimdir buraxan? O səbəbdən yığışıb ayrapalannan gedirik. Bakının torpağın arşınla satan söylədi ki, Təzə ildə təzə "Arşın mal alan"nan gedirik. Restoran, şadlıq evi açmağa başlar qarışıb, "Göy"ə əllər alışıb, yerdəki qannan gedirik. Məhşərin istisi dəymiş deyəsən ölkəmizə, Soyunub əynimizi təkcə tumannan gedirik. Ağ ilan, Sarı ilan, xallı ilan-fərqi nədir? Biz elə ildən-ilə gürzə
Показать ещё