Bu gecə... Bu gecə bürünüb sənsizliyimə Yenə mən sakitcə səni düşündüm. Sənsizlik alışıb səssizliyimə. Səssiz həsrətində yenə üşündüm. Gecəyə bürünüb sukuta döndüm Sevgim ürəyimdə üsyan etsə də. Dəf edib üsyani süquta döndüm Nakam məhəbbətim giryan etsə də. Bu gecə bürünüb acizliyimə Qapıldım mən yenə öz xislətimə. Bağışla hər seyi zəifliyimə, Məni qurban eylə sədaqətimə. Bu gecə bürünüb yağan yağışa Yağdım damla-damla ötən günlərə. Dünyanı verərdim bircə baxışa, Heyif sənsiz ötüb keçən illərə. Bu gecə bürünüb əsən küləyə Dolandım aramla mən küçə, dalan. İzinlə çıxmışdım yenə gəzməyə, Çalışdım iyini onlardan alam. Bu gecə bürünüb dərdi-sərimə Qaranlıq
Bir günün həsrəti. Bir gündə üzünü görmədən keçdi, Mən nələr yaşadım bu bircə gündə Bir gündə səsini duymadan keçdi, Sükutla savaşdım bu bircə gündə. Həsrətin hökm etdi gözlərim doldu, Ürəyim gül kimi saraldı soldu Sənsiz bu bircə gün bir ömür oldu, Ölüm yaxınlaşdı bu bircə gündə. Bu gün səni görmədim. Danışmadım səssizliyə büründüm, Öz-özümə yazıq qərib göründüm Bu həsrətin yollarında süründüm Dəniz gözlüm bugün səni görmədim. Qorxuducu zülmət uzun gün idi, Səssizliyin gürultusu var idi Böyük dünya sanki mən dar idi, Dəniz gözlüm bugün səni görmədim. Fəryad etdim bu həsrətə dözmədim, Bir dəyqədə mən unuda bilmədim Bilmirəmki necə oldu ölmədim, Dəniz gözlüm bugün səni görmədim
Qatasan ətrini min gül ətrinə Yumub gözlərimi duyaram səni. Nə fırça nə də rəng,qələm bəsimdi Qəlbimə sözünən oyaram səni. Qoymaram nəm düşə kipriklərinə Yazaram mələklər ürəklərinə. Çəkərəm sığalı hörüklərinə Şirin sözlərimlə yoraram səni. Duraram ən gözəl rəngin qəsdinə Cızaram yenisin sənin şəstinə. Baglaram güllərin ən al dəstinə İlahi rənginən boyaram səni. Verərəm bal kimi arı cənginə Batırsın dünyanın şəkər,qəndinə. Yazaram şerimin qıfılbəndinə Ən gözəl qafiyə qoyaram səni. Qoymaram adını düşə dilimdən Saymaram ömür-gün ,itə ilimdən Bir gün fələk gəlib alsa əlimdən Gözümün yaşıynan yuyaram səni.
Показать ещё