Nə üçün Peyğəmbərin (s) qızını (s.ə) “Fatimə” “Zəhra” adlandırıblar?
Allahın Rəsulu (s) buyurub: “Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.”[1]
İmam Sadiq (ə) buyurub: “Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra.” [2]
Umarə: “İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə üçün “Zəhra” (parlaq) adlandırıblar?” Buyurdu: “Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı.” [3]
________________
[1] Əmali-Tusi, səh.300
[2] Əmali-Səduq, səh.474, hədis 18
[3] Məani əl-Əxbar, səh.64, hədis 15
Həsən və Hüseyn Analarının cənazəsi yanında.
Sonra Əsma yaxasını cırıb həyəcanlı halda çölə çıxdı, Həsən və Hüseyn(ə.s)-i evin yanında gördü. Onlar otağa girib anasının üzü qibləyə uzandığını gördülər. Hüseyn(ə.s) anasını əli ilə silkələdi, birdən başa düşdü ki, artıq anası dünyadan gedib. Üzünü qardaşı Həsənə tutub dedi: «Qardaş! Anama görə Allah sənə əcr versin (yəni başın sağ olsun). Həsən(ə.s) özünü anasının üstünə atıb onu öpür, deyirdi: «Anacan! Mənimlə danış, yoxsa ruhum bədənimdən ayrılar». Hüseyn(ə.s) irəli gəlib anasının ayaqlarından öpür, deyirdi: «Anacan! Mən sənin oğlun Hüseynəm. Mənimlə danış, yoxsa qəlbim parçalanar, ölərəm!»
Əli(ə.s)-yə xəbər
Əsma Həsənlə Hüseynə dedi: