Bağışla ürəyim… Bağışla ürəyim, məni bağışla, Gəzdiyin sevgini tapa bilmədim. Bağışla ürəyim, məni bağışla, Vuruldun, əzildin, amma dinmədim. Bağışla ürəyim incitdim səni, Kəsdiyim yaranı sara bilmədim. Bağışla ürəyim gözlətdim səni, Qırıb zəncirləri qaça bilmədim. Bağışla ürəyim məni bağışla, Üzdüm əllərimi arzularımdan. Bağışla ürəyim, məni bağışla, Qaçdım qorxaq kimi xəyallarımdan. Bağışla ürəyim, məni bağışla, Mənə yaxın indi qar da, yağış da. Bağışla ürəyim, məni bağışla, Səni tək qoymuşam hər dırmanışda. Bağışla ürəyim, məni bağışla, Bağışla səninlə deyiləm daha. Bağışla ürəyim, məni bağışla, Bilmirəm özüm də gedirəm hara. Bağışla səni mən çox zorlamışam, İçində sevgini buxovlam
sadixlilar

SADIXLILAR (Seirler)

Изменена обложка группы

Sənsizlik ! Dinlə, sənsizliyindən Biraz danışım sənə. Gör, sənsizlik necədi, Nələr çəkdirib mənə!? Sənsizlik elədir ki, Bu çoxluğun içində Tənha görünür adam. Bu dünya boyda qəmə, Dərdə bürünür adam. Sənsizlik elədir ki, Yanır, sürünür adam! Bu həyatın yolunu İtirməkdir, azmaqdır, Karıxmaqdır sənsizlik! Hər gün, hər gecə, hər an, Darıxmaqdır sənsizlik! Gecəyarı dükandan İçkiləri yığmaqdır... O soyuq şüşələri İki titrək dodağın Arasında sıxmaqdır... İki damla yaş olub Yanaqlara axmaqdır... Şərəfinə içilən Şərab şüşələrinə Yazıq-yazıq baxmaqdır... Sənsizlik asan deyil, Çətindən də çətindir. Baxırsan ki, hər tərəf Sənin yiyəsiz qalan Tənha məhəbbətindir. Kimsəsiz uşaq olub Sənsizlikdən, l
Əgər yanımda olsan... Əgər yanımda olsan, Səninlə eyni anda Yapışaram sükandan Bu xırda gəmimizin Həyat adlı dənizin Fırtınalı qoynunda. Batmasını qoymaram. Əgər yanımda olsan, Tufanın,qasırğanın Bizi batırıb qəmə Həyatı cəhənnəmə Qatmasını qoymaram. Əgər yanımda olsan, Dəlisov dalğaların Bizi alıb dənizdən Bir çöp kimi sahilə Atmasını qoymaram. Əgər yanımda olsan, Səni qorumaq üçün Keşik çəkərəm hər gün Əsgər kimi, nər kimi Qırpmadan kipriyimi Gözlərimin bircə an Yatmasını qoymaram. Bir gün səni görməsəm, Ümidim sönüb gedər. Qonar Gözlərimə qəm Düşərəm qəlbimdəki Fırtınalı dənizin Sakit axan dibini
Qalacaq sənsiz! Məni həyatından silirsən artıq Özgə bir insanı sevirsən artıq Az qalıb zamanın gedirsən artıq Bu sevən ürəyim qalacaq sənsiz. Özgənin hüsnünə ətirsən artıq Sanki bir film idin bitirsən artıq Gözümün önündən itirsən artıq Gözümə qəm yaşı dolacaq sənsiz. Erkən əsdi ayrılığın küləyi Bəxtimə qəm ələdi qəm ələyi Bu sevgi baxçamın gülü-çiçəyi Getsən açmayacaq solacaq sənsiz. Zaman dolandıqca qırışdı əldə, Adın əzbər oldu dodaqda-dildə, Bir yetişəcək vaxtsız əcəldə. Ruhumu bedəndə alacaq sənsiz Bu sevən ürəyim qalacaq sənsiz.
Heyiflər olsun... Bir zaman səninlə keçən günlərim, O, günlər əbəsmiş, heyiflər olsun... Bir sevda eşqiylə vuran ürəyim, O, ürək sevərmiş heyiflər olsun... Sənin həsrətinlə yanarmış qəlbim, Çəkdiyim həsrətə, heyiflər olsun... Gedərkən arxada qalan gözlərim, Gözlərim görməzdi, heyiflər olsun... Əl açıb Tanrıya mən üz tutanda, Mən səni istərdim, heyiflər olsun... Xəyalın gözümdən uzaqlaşanda, Göz yaşı tökərdim, heyiflər olsun... Sən dəyməz imişsən, mənim sevgimə, Mən səni sevmişəm, heyiflər olsun... Mən hakim sayırdım səni qəlbimə, Məhv etdin qəlbimi, heyiflər olsun... Hər dəfə qarşında mən dil tökürdüm, Tökdüyüm o, dillərə heyiflər olsun... Sevgimin qayəsin səndə görürdüm, Bu sənli ömrü
Mən səni hələ də unutmamışam! Nə olsun quruyub gözmün yaşı? Nə olsun geriyə qayıtmamışam? Hələ də ağrıyır bağrımın başı, Mən səni hələ də unutmamışam.˚ *** Nə olsun həyatda keçir illərim, Solub pəncərədə bütün güllərim. Adını duyanda əsir əllərim, Mən səni hələ də unutmamışam. *** Atmadım gülləri saralsa belə, Yarpağı quruyub, qaralsa belə. Yanımda özgəsi var olsa belə, Mən səni hələ də unutmamışam. *** Ötən xatirələr məni yandırır, Qəlbimə od vurub, alovlandırır. Həzin musiqilər səni andırır, Mən səni hələ də unutmamışam. *** Baxışın əbədi iz qoyub məndə, Gülüşün gül olub yaşıl çəməndə. Bilirəm bu sözü deyirsən sən də, Mən səni hələ də unutmamışam. ***
sadixlilar

SADIXLILAR (Seirler)

Men dənizi sevirəm, Suyunda sərbəst olum. Kopüklənmis suyundan, İçim,içim, məst olum.. Ləpəsi pıçıltı, köpüklü, Nəğmə ile doludur. Sahili səsli küylü, İnsanlarla doludur. Qagayisi kesişçı Ucur dənizin üste. Hami buna seyrici, Olubdur bax beləcə Men denizi sevirem, Suyunda ayaqlarim Yalansin xefif xefif. Qoy denizin xəzrisi Uyutsun lətif -lətif. Çin olsun arzularim, Ya rəbb, hamisi birden. Gunes dogsun denizden, Sabahin erken cagi Uşaq olum, yene men, Yığım bir xeyli mərcan . Dənizin sahilindən. Kim bilir,bir də haçan, Mən dənizə gələrəm Suyunu əllərimlə, ələm-ələm ələrəm.
sadixlilar

SADIXLILAR (Seirler)

Səndən özgəsini görmür gözlərim Məndə bu gözlərin hakimi sənsən Mənim gözlərim ki özgəni görmür Baxma özgələrə qurbanın olum O gözəl gözlərin kirlənməsin ki gözlərin ömrümə bir yaraşıqdır Qoru gözlərini özgə gözlərdən Baxma özgələrə qurbanın olum Gözlərin qədrini bilməz özgələr Baxıb özgələrə alçaltma onu Dəyməz özgələrə baxa o gözlər Baxma özgələrə qurbanın olum O gözlər tək sənin deyil ki artıq O gözlər xəyalım düşüncəm eşqim Gözlərin sevinci mənim sevincim Baxma özgələrə qurbanın olum
Показать ещё