Görkəmli sərkərdə Həzi Aslanovun 113 illiyi qeyd olunub
Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə tariximizə sonsuz ehtiram və məhəbbətlə yanaşmış, əsrlər boyu yadelli işğalçıların qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarımızın hünər və rəşadətlərini yüksək qiymətləndirmiş, yeni nəslin hərbi vətənpərvərlik tərbiyəsində ata-babaların, əcdadların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri şərəflə, vicdanla davam etdirməyi məsləhət görmüşdür. Ulu Öndər Azərbaycan sərkərdələri ilə həmişə fəxr etmiş, onların şü
Tarix mənəvi hazırlıq dərsliyidir
20 Yanvar hüzn gününə həsr olunan tədbirdən sonra kursantlarla söhbət etdik. Kursantların danışığından savadlı hərbçi kimi hazırlıqlı olmaları ilə yanaşı mənəvi-psixoloji vəziyyətlərinin səviyyəsinin yüksək olduğunu da hiss etmək olurdu. Onların səsində inam da var, qürur da. Şübhəsiz ki, bu qürur Vətən müharibəsində zəfər qazanan hərbçilərin davamçıları olmağın qürurudur. İkinci Qarabağ müharibəsində bu qüruru mövqe döyüşündə mühüm qələbə qazanmış əsgərlərin baxışlarında görmüşdüm. Onda döyüşçülərdən biri demişdi: "Biz tarixi döyüşlərin iştirakçısıyıq, tarixi qələbələr qazananların sırasındayıq. Döyüşlərimiz Ali Baş Komandanın sərkərdəliyi ilə işğalı sona y
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib. Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin də iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər, videoçarxlar və kitab sərg
Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında səfərdə olub.
Səfərin proqramına uyğun olaraq əvvəlcə Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Heydər Əliyev Meydanı ziyarət edilib, xalqımızın Ümummilli Liderinin memorial kompleksinin önünə əklil və gül dəstələri qoyulub.
Sonra nümayəndə heyəti Özbəkistan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasına gələrək hərbi təhsil müəssisəsinin infrastrukturu və tədris prosesi ilə tanış olub. Nümayəndə heyətinə akademiyanın yaranma tarixi və əsas fəaliyyət istiqaməti barədə brifinq təqdim edilib.
General-leytenant H.Piriyev
Показать ещё