Status
SÖYÜŞ SÖYMƏK İslam dininə əsasən söyüş söymək qəti surətdə qadağandır? Mömini söymək Allahın Peyğəmbəri(s):«Mömini söymək məhv olmağın kan¬da¬rında durmaq kimidir.» Allahın Peyğəmbəri (s):«Möminə təhqiramiz sözlər demək fasiqlik (fisqdir), onunla müharibə etmək küfr, onun ətini yemək (qeybətini etmək) Allaha itaətsizlikdir.» Söyüş söyməyin qadağan olması Quran: «Allahdan qeyrisini çağıranları (sitayiş edənləri) söyməyin ki, belə olan halda onlar da düşmənçilik və cahilliklərinə görə Allahı söyərlər. Beləcə, hər ümmətin əməllərini (öz gözlərində) zinətləndirdik. Onların son qayıdışı Allahın yanınadır. Allah onlara etdikləri əməllərdən xəbər verəcəkdir.» Allahın Peyğəmbəri (s):«Küləkləri söyməyin. Onlar (Allah tərəfindən) məmurdurlar. Dağları, anları, günləri və gecələri söyməyin ki, günahkar olarsınız və özünüzə qayıdar.» Allahın Peyğəmbəri (s):«İnsanları söyməyin ki, bu işinizlə onların arasında özünüzə düşmən taparsınız.» İmam Əli (ə) (onu söymüş olan kişini söymək istəyən Qəmbərə xitabən): «Sakit ol, Qəmbər! Səni söyəni xar və rüsvay halda qoy ki, Rəhman Allahı razı və şeytanı narazı edərək düşməninə cəza vermiş olasan. Toxumu yaran və məxluqatı yaradan Allaha and olsun ki, mömin öz Rəbbini dözümlülük və güzəşt etmək kimi başqa bir şeylə razı etmədi. Sakitlik kimi bir silah qədər başqa bir şeylə şeytanı qəzəbləndirmədi və axmağa, onun müqabilində susmaq kimi digər bir şey ilə cəza vermədi.» İmam Kazim (ə) (iki nəfərin bir-birinə söyüş söydüyünü gördükdə): «Birinci başlayan daha çox zülmkardır və qarşı tərəfin günahı zülmə məruz qalan öz həddini aşmayanadək, onun boynundadır.» İmam Kazim (ə):«Heç vaxt bir-birini söyən iki nəfər olmayıb ki, onlardan daha çox söyüş söyən daha aşağı məqama çökməsin.» Peyğəmbərləri və vəsilərini söyən şəxsin cəzası. Allahın Peyğəmbəri (s):«Kim peyğəmbərlərdən birini söysə, onu öldürün. Kim onların vəsilərindən birini söysə, şəkksiz ki, peyğəmbəri söymüşdür.» İmam Sadiq (ə) (Allahın Rəsulunu söyən şəxsin hökmü barədə verilən sualın cavabında): «Ona daha yaxın olan kimsə, onu mühakimə etmək üçün imamın yanına aparmadan öldürsün.» İcazə verilən söyüş Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz (din) qardaşını söyən zaman onun elinə, obasına, atasına, anasına söyməsin. Əksinə, belə desin:«Sən simicsən, sən qorxaqsan, sən yalançısan» Bir şərtlə ki, onun həqiqətən belə olduğunu bilsin.» ------------------------------------------------------------------------- Sual: İslam dinində söyüş söyməyə münasibət necədir? Cavab: İslam dininə əsasən söyüş söymək qəti surətdə qadağandır. Bir insanın (kim olursa, olsun) namusuna, millətinə, şəxsiyyətinə və ailə üzvlərinə söymək olmaz. Ümumiyyətlə heç kəsə qarşı təhqirə yol vermək olmaz. Həzrəti Muhəmməd peyğəmbər (s. a. v.) bildirir ki, bir müsəlmana söymək ağır bir günah (füsuq), onunla döyüşməyə təşəbbüs etmək isə küfrdür.1 Onun hədislərində ata-anaya, əshabələrə, ölülərə, dünyaya, dağa-daşa, zəmanəyə, eləcə də, külək və heyvanlara söymək də qadağan olunub. Qeyd edək ki, bu məsələ ilə əlaqədar olaraq İslam əxlaq elmində işlədilən səbb və şətm kimi ifadələrə də toxunmaq lazımdır. Lüğəvi mənası söyüş söymək və bir nəfəri pis sözlərlə pisləmək olan bu ifadələr Allah, peyğəmbər və əshabələr haqqında inkar, lağ etmək, gözdən salmaq və xor baxmaq kimi arzuolunmaz əməlləri bildirir. Nəticə olaraq, müsəlman bir insan heç vaxt kimi isə təhqir etməməli, heç bir halda söyüş söyməməlidir. Quranda deyilir ki, Allahdan başqasına sitayiş edənlərə belə söyməyin: “(Müşriklərin) Allahdan başqalarına tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsiz olaraq düşməncəsinə Allahı söyərlər.” (Ənam, 6/108) ----------------------------------------------------------------------- Mömini söymək Allahın Peyğəmbəri(s):«Mömini söymək məhv olmağın kan¬da¬rında durmaq kimidir.» Allahın Peyğəmbəri (s) :«Möminə təhqiramiz sözlər demək fasiqlik (fisqdir), onunla müharibə etmək küfr, onun ətini yemək (qeybətini etmək) Allaha itaətsizlikdir.» Söyüş söyməyin qadağan olması Quran: «Allahdan qeyrisini çağıranları (sitayiş edənləri) söyməyin ki, belə olan halda onlar da düşmənçilik və cahilliklərinə görə Allahı söyərlər. Beləcə, hər ümmətin əməllərini (öz gözlərində) zinətləndirdik. Onların son qayıdışı Allahın yanınadır. Allah onlara etdikləri əməllərdən xəbər verəcəkdir.» Hədis: Allahın Peyğəmbəri (s):«Küləkləri söyməyin. Onlar (Allah tərəfindən) məmurdurlar. Dağları, anları, günləri və gecələri söyməyin ki, günahkar olarsınız və özünüzə qayıdar.» Allahın Peyğəmbəri (s):«İnsanları söyməyin ki, bu işinizlə onların arasında özünüzə düşmən taparsınız.» İmam Əli (ə) (onu söymüş olan kişini söymək istəyən Qəmbərə xitabən): «Sakit ol, Qəmbər! Səni söyəni xar və rüsvay halda qoy ki, Rəhman Allahı razı və şeytanı narazı edərək düşməninə cəza vermiş olasan. Toxumu yaran və məxluqatı yaradan Allaha and olsun ki, mömin öz Rəbbini dözümlülük və güzəşt etmək kimi başqa bir şeylə razı etmədi. Sakitlik kimi bir silah qədər başqa bir şeylə şeytanı qəzəbləndirmədi və axmağa, onun müqabilində susmaq kimi digər bir şey ilə cəza vermədi.» İmam Kazim (ə) (iki nəfərin bir-birinə söyüş söydüyünü gördükdə): «Birinci başlayan daha çox zülmkardır və qarşı tərəfin günahı zülmə məruz qalan öz həddini aşmayanadək, onun boynundadır.» İmam Kazim (ə):«Heç vaxt bir-birini söyən iki nəfər olmayıb ki, onlardan daha çox söyüş söyən daha aşağı məqama çökməsin.» Peyğəmbərləri və vəsilərini söyən şəxsin cəzası Allahın Peyğəmbəri (s):«Kim peyğəmbərlərdən birini söysə, onu öldürün. Kim onların vəsilərindən birini söysə, şəkksiz ki, peyğəmbəri söymüşdür.» İmam Sadiq (ə) (Allahın Rəsulunu söyən şəxsin hökmü barədə verilən sualın cavabında): «Ona daha yaxın olan kimsə, onu mühakimə etmək üçün imamın yanına aparmadan öldürsün.» İcazə verilən söyüş Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz (din) qardaşını söyən zaman onun elinə, obasına, atasına, anasına söyməsin. Əksinə, belə desin: «Sən simicsən, sən qorxaqsan, sən yalançısan» Bir şərtlə ki, onun həqiqətən belə olduğunu bilsin.» ------------------------------------------------------------------------------ İSLAM DİNİNDƏ ƏDƏB QAYDALARI 1. Səhər tezdən durmaq, əl-üzünü yumaq, dəstəmaz alıb namaz qılmaq, ata-ananın ruhuna salavat vermək lazımdır. 2. Alt paltarda ailə içərisində görünmək olmaz 3. Yeməyi «bismillah» ilə başlayıb «əlhəmdulillah» ilə bitirmək, süfrə duası vermək lazımdır 4. Evdən sol ayaqla «bismillah» deyərək çıxmalısan 5. Evə və məscidə sağ ayaqla girməlisən 6. Məsciddə, qəbristanda və yas məclisində dünya söhbəti etmə 7. Məclisdə az ye, az iç, zərurət olmasa heç da- nışma 8. Kişinin oğul, yeznə, kürəkən, bacı oğlu və qardaş oğlu ilə hamama getməsi ədəbdən kənardır 9. Övlad yanında söyüş söymək, qeybət etmək ol- maz 10. Evdə qonaq var ikən çığırmaq, arvad-uşağı döyüb-söymək qəbahətdir 11. Evə gələn adamın ayağına durmaq, gedəndə yola salmaq lazımdır 12. Yatmazdan əvvəl ata-ana, bacı-qardaş, övlad və qonşuların vəziyyətindən xəbərdar ol, dəstəmaz al, kəlmeyi-şəhadəti de. 13. Səbr gətirəndə əl ilə ağzı tutub, «əlhəmdulillah» demək.* ------------------------------------------------------------------- Söyüş söyməyi necə müalicə etmək olar? Çox təəssüf ki, cəmiyyətin düçar olduğu ən pis əxlaqi rəzil sifətlərdən biri də söyüş söymək və pis söz deməkdir. Bu, dilin bəlalarından biri hesab olunur. Bu rəzil sifət – möminə qətiyyən yaraşmayan sifətlərdəndir. Bəs söyüş söyməyə səbəb olan amillər hansılardır? 1. Qəzəb. O zaman ki, insan bir başqasına qəzəblənər, çalışar ki, ona əzab və əziyyət versin. Bu işi söyüş söyməklə yerinə yetirər. 2. Pis tərbiyə. İnsan əgər düzgün olmayan tərbiyə almışsa, ona yaxşısını-pisi düzgün başa salan olmamışsa, əlbəttə ki, onun dəyərlər sistemində xeyli problemlər olacaqdır. O cümlədən, insan pis söz deməyə sakit yanaşacaqdır. 3. Mühit. Mühitin insanın formalaşmasında böyük rolu vardır. Əgər insanın əhatəsində olanlar pis sözlərə loyal davranış sərgiləyirlərsə, həmin şəxs üçün bədağızlıq normal bir hal olacaqdır. 4. Vərdiş. O zaman ki, insan alçaq və rəzil insanlarla yoldaş olar, istər-istəməz onların pis sifətləri onun ruhuna da sirayət edər. Əvvəl onu dilinə gətirən zaman nə qədər çirkin olduğuna diqqət edər. Ancaq zaman keçdikcə ona adət edər və nə qədər alçaq söz olduğunu unudar. Bəs bu bəladan necə nicat tapmaq olar? 1. İnsan qəzəbini kontol etməyi öyrənməlidir ki, söyüş kimi pis sözlərin dilindən çıxmasını da kontrol edə bilsin. 2. Bu rəzil sifətin nə qədər çirkin bir əməl olduğunu anlamağa çalışmalıdır. Ondan əl çəkmək üçün səylər göstərməlidir. 3. Rəzil və alçaq insanlarla yoldaş olmaq yerinə, alimlər və elm əhli ilə oturub-durar ki, onların fəzilətli sifətlərinə özü də yiyələnə bilsin və bu pis adəti aradan apara bilsin. Bəs bu rəzil sifətin günahı nə dərəcədədir? 1. İmam Sadiq (ə) buyurur: “Söyüş söymək – zülmdür və zalım cəhənnəm atəşində qərar tutar”. 2. Həzrət Peyğəmbər (s) buyurur: “Allah behişti haram etmişdir o söyüş söyənə ki, abırsız və həyasız halda dediklərinə və ona deyilənlərə qarşı qorxusu olmaz, ondan təsirlənməz və narahat olmaz”. 3. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Nə zaman bir insanı görsəniz ki, dediklərindən və ya onun haqqında deyilənlərə qarşı laqeyddir, deməli, o, ya zinazadədir, ya da şeytan onun şəriki olmuşdur”. 4. Həzrət Peyğəmbər (s) buyurur: “Möminə söyüş söymək – ölümə yaxın olmaqdır”. 5. Həzrət (s) yenə buyurur: “Möminə söyüş söymək – fəsad, onunla vuruşmaq isə küfrdür”. --------------------------------------------------------------------------- Böyük insan heç vaxt söyüş söyməz Həzrət Məhəmməd (s) buyurub: "Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki, abır həya ona zinət verməsin.”[1] "Allah-taala cənnəti nə dediyindən və nə də eşitdiyindən qorxusu olan hər bir dili pis, həyasız söyüş söyənə haram etmişdir.”[2] "Allahın ən pis bəndələrindən biri odur ki, söyüşkənliyinə və dilinin pisliyinə görə onunla yoldaşlıq xoşagəlməz olsun.”[3] İmam Əli (ə) buyurub: "Böyük insan heç vaxt söyüş söyməz.”[4] İmam Baqir (ə) buyurub: "Allahın pis dilli, söyüş söyəndən (və ya söyüşə qulaq asandan) acığı gələr.”[5] "Sizə deyilməsini istədiyiniz ən yaxşı şeyləri camaata deyin. Çünki Allah möminlərə söyüş söyən, lənətləyən və haqlarında pis danışan, dili pis olan və simic dilənçiyə nifrət edər.”[6] "Alçaqların hərbə-zorbası çirkin sözlər danışmaqdır.”[7] İmam Sadiq (ə) buyurub: "Söyüş söymək, dili pis olmaq və vəhşilik nifaqdandır.”[8] "Camaat kimin dilindən qorxarsa, o, alovda olar.”[9] [1] Biharul- Ənvar, c.79, səh.111, hədis 6 [2] əl-Kafi, c.2, səh.323, hədis 3 [3] əl-Kafi, c. 2, səh.325, hədis 8 [4] Ğurərul-Hikəm, hədis 9478 [5] əl-Kafi, c.2, səh.324, hədis 4 [6] Biharul- Ənvar, c.78, səh.181, hədis 67 [7] Biharul- Ənvar, c.78, səh. 185, hədis 14 [8] Biharul-Ənvar, c.79, səh.113 hədis 14. [9] əl-Kafi, c. 2, səh.327, hədis 3
Ehlibeyt-aka com
yesterday 23:40
Aşura ziyarətnaməsi Bismillahir Rəhmanir Rəhim. Əssalamu ələykə Ya Əba Əbdillah. Əssəlamu ələykə yəbnə Rəsulillah. Əssəlamu ələykə yəbnə Əmiril-muminin, vəbnə səyyidil vəsiyyin. Əssəlamu ələykə yəbnə Fatimətə səyyidəti nisail aləmin. Əssəlamu ələykə ya sarəllahi vəbnə sarih. Vəl vitrəl məvtur. Əssəlamu ələykə və ələl-ərvahil-ləti həllət bi-finaik ələykum minni cəmi'ən səlamullahi əbədən ma bəqiytu və bəqiyəl ləylu vən nəhar. Ya Əba Əbdillah. Ləqəd əzumətir-rəziyyətu və cəllət və əzumətil mus
Ehlibeyt-aka com
yesterday 23:38
Hər dəm deyərəm suz ilə ey vay Hüseyn vay Hər dəm deyərəm suz ilə ey vay Hüseyn vay Meydanda olan qanına gülnar Hüseyn vay Nə zülmüdü eylibdü sənə qövmi sitəmgər Bir bikəsə bu qədri vurub nizəvü-xəncər Sağ yer tapa bilməm öpüm ey sərvəri bikəs Öpdüm ayağın altını naçar Hüseyn vay! Bilməm bu nə sirdir anam oğlu məni bikəs Başuvi kəsib Şümr nə olmuş əlüvə bəs İstəkli bacun Zeynəbəm axər mənə ver səs Söylə əlüvə neyliyib əşrar Hüseyn vay İmdi məni səndən ayırır ləşgəri üdvan Qol bağlı çəkir zil
Ehlibeyt-aka com
yesterday 23:35
Aşura Ziyarəti Azərbaycanca Salam olsun sənə, ey Əba Əbdillah (Əbdullahın oğlu) - Salam olsun sənə, ey Allah elçisinin övladı Salam olsun sənə, ey Aliahaın seçdiyi və seçdiyinin oğlu - Salam olsun sənə, ey möminlər əmirinin oğlu və ey vəsilər ağasının oğlu - Salam olsun sənə, ey aləm qadınlarının xanımı Fatimənin oğlu Salam olsun sənə, ey Allahın intiqamını alan və ey Allahın intiqamını alanın oğlu! Ey o kəs ki, köməkçilərinin hamısı şəhadətə yetdi və sənin intiqamını almaq üçün bir kəs qalmad
Ehlibeyt-aka com
yesterday 23:33
İmam Hüseyn (ə) türbəti və aşura ziyaretnaməsini oxumaq 1-Allah-taala Öz pak və müqəddəs zatına and içmişdir ki, hər kəs imam Hüseyn (ə)-ı Aşura ziyarətini – istər yaxından, istərsə də uzaqdan – oxumaqla ziyarət etsə, onun ziyarətini qəbul edəcəkdir. 2-Hər kəs onu (İmamın haqqına arif olan halda) oxusa, behiştə daxil olar. 3-İmam Sadiq (ə) Səfvana buyurmuşdur: "Hər kəs bu ziyarəti oxusa, hacətləri rəva olunar.” 4-Hər kəs bu ziyarəti, onun fəzilətli vaxtında – sübh namazından sonra və gün çıxmam
Ehlibeyt-aka com
yesterday 23:31
Hüseyn (ə) zalıma boyun əyməyənin, qürurlu duruşun və vicdanın adıdır Aşura, məhərrəmlik, Kərbəla deyiləndə ağıla, birinci olaraq, İmam Hüseynin şəhid edilməsi gəlir. 1400 ildən çoxdur ki, bu acı həqiqət müsəlmanların ürəklərində ağır iz qoymuşdur. Tarix səhifələrində qəmli iz buraxan bu faciə bütün dünya müsəlmanları üçün ağır bir nisgildir. Hər il məhərrrəmlik ayı gələndə, aşura günü yaxınlaşanda ürəklərdə qabar bağlamış yaralar təzədən qövr edir, qanamağa başlayır. Vaxtilə başqa mahiyyət kəsb
Ehlibeyt-aka com
yesterday 23:23
Salam olsun şəhadəti ilə düşmənin mahiyyətini açıb göstərən körpə Əli Əsğər ağaya. --------------------------------------------------------------------- Kərbəla şəhidləri nə zaman və kimlər tərəfindən dəfn olundu? Məhərrəm ayının 12-si Kərbəla şəhidlərinin dəfn olunan günüdür. Aşura günü şəhid olanların sayı barədə müxtəlif fikirlər var. Bəzi mənbələrdə 100, 139 və ya 72 nəfər qeyd olunur. Aşura günü bütün döyüşçülərini itirən İmam Hüseyn (ə) sonda zöhr əzanına yaxın özü də şəhid olur. Sonra xe
Ehlibeyt-aka com
yesterday 23:18
Salam olsun qolları zəncirlənib əsir olduğu halda, Yezidi (lən) alçaldıb xar edən Əli (ə) qızına - bacın Zeynəbə (s.ə). ---------------------------------------------------------------------------- Züheyr ibn Qəyn (r.ə) kimdir? Züheyr (r.ə) Kufənin tanınmış və şücaətli şəxslərindən biri idi. O, bir vaxt xəlifə Osmanın havadarlarından olmuşdur. İmam Hüseyn (ə) Məkkədən Kufəyə hərəkət edərkən Züheyr (r.ə) də ailəsi ilə birgə həcdən qayıdırdı. O, İmamla rastlaşmamaq üçün yolda məsafə saxlayırdı. Am
Ehlibeyt-aka com
yesterday 23:15
Salam olsun xəstə ikən əlinə qılınc götürüb sənin müdafiənə qalxan və taqətsizlikdən yerə yıxılan ağamız İmam Səccada (ə). ------------------------------------------------------------------------------ İmam Hüseynə (ə) xəyanət edən ilk şəxs kim olmuşdur? Kərbəla faciəsinin yaranmasına səbəb olan insanların əksər hissəsi Kufə əhli idi. Onlar tarixdə öz ardınca ar və xar adlar qoyub getdilər. Şəbəs ibni Rəbiə o kəslərdən olmuşdur ki, dövrünün çox insanı ona etimad etmişdir. Adını daşıyan məscidi v
Ehlibeyt-aka com
yesterday 23:12
Salam olsun həqiqi və böyük əzadarlara – Əhli-beytə (ə), Xanım Zəhraya (s.ə) ki, onlardır həqiqi və böyük əzadar. ------------------------------------------------------------------------ İmam Hüseyn (ə), Müslimin şəhadət xəbərini eşidən zaman nə dedi? İmam Hüseyn (ə) karvanı öz hərəkətini Məkkədən başlayır və yolda çox sayda hadisələr ilə qarşılaşır. Bu hadisələrin hər birində İmamın (ə) göstərdiyi reaksiyalar bizim üçün örnək və nümunə olmalıdır. İmamın (ə) karvanı Zəbalə adlı məkana gəlib çat
Ehlibeyt-aka com
yesterday 23:07
Salam olsun Fəratda qüsl alıb hazırlaşan, zikr deyərək müqəddəs məzarına yaxınlaşan və sonra məzarın üstündə qəşş edib özündən gedən, ilk zəvvarın olan Cabir ibn Abdullaha. --------------------------------------------------------------------- Aşura günü İmamın (ə) günorta namazına durmasının səbəbi nə idi? Namaz dinin sütunu, Allahla bəndə arasında ən möhkəm bağlılıq vasitəsidir. Mömin öz namazı ilə tanınır. Namaz qılan şəxs namaz vasitəsi ilə Allaha doğru ucalır. (“Mizanul-hikmə”, c. 5, h. 1024
Show more
Face
Gyandzha (Kirovabad), Azerbaijan
Əssələmu əleykum və rahmətulləhi və bərakətuh Əziz Mömin və Möminələr. PAYLAŞAQ Kİ, DAHA ÇOX İNSANIN MƏLUMATLANMASINA VƏSİLƏ OLAQ!!! ⚑ Allahummə salli əla Muhammad və ali Muhammad ⚑ ve əccil faracahum.⚑ ----------------⚑ Allahummə əccil vəliyikal farac. ⚑ Bu gün müsəlmanlar üçün müqəddəs sayılır. Allahın Rəsulu (s.ə.v.a): belə buyurmuşdur: "Üzərinə günəşin doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm (ə.) yaradılmış, o gün cənnətə daxil olmuş, o gün yerə endirilmiş, o gün tövbəsi qəbul edilmiş, o gün ölmüşdür. O gün qiyamət qopar və o gün cənnətdəkilərin Allah-Təalanı anma gunudur. Cümə gününüz mübarək, əziz müsəlmanlar! ----------------------------------------------------------------------------- Saytımızın üzvləri və qonaqları! Allahın salamı və rəhməti üzərinizə olsun. Təbii olaraq hər kəsin həyata keçməsini istədiyi duaları, arzuları və istəkləri var. Bu barədə mənə çoxsaylı məktublar gəlmişdir ki, həmin şəxslərin də dualarının qəbulu üçün xəbər hazırlayım. Bildiyiniz kimi hər kəs üçün ayrıca xəbər hazırlayıb sayta verə bilmərik. Amma istəklərinizi nəzərə alaraq dualara ehtiyacı olanlar üçün ümumi xəbər hazırlamağı qərara aldım. Rəhman və Rəhim olan Allahın adı ilə. Pərvərdigara, Sənin hər şeyi bürümüş rəhmətinə and verib, Səndən istəyirik, Səni vasitəsi ilə hər şeyə qalib gəldiyin qüvvətinə and veririk. Onun qarşısında hər şey baş əymiş və hər şey xar olmuşdur. Səni vasitəsi ilə hər şeyə qələbə çaldığın cəbərutuna and veririk. Sənin hər şeyi doldurmuş əzəmətinə and veririk. Sənin hər şeydən üstün səltənətinə and veririk. Sənin hər şey fəna olduqdan sonra qalacaq zatına and veririk. Sənin hər şeyin sütunlarını doldurmuş adlarına and veririk. Sənin hər şeyi əhatə etmiş elminə and verib istəyirik. Sənin hər şeyi işıqlandırmış zatının nuruna and verib istəyirik. Ey nur, ey hər eybdən pak, ey əvvəllərin əvvəli və ey axırların axırı. Ey bəndəsindən tez razı olan, İxtiyarında duadan başqa bir şey olmayan kəsin dualarını qəbul et.Butun xestelere şəfa ver. Çünki Sən istədiyini edirsən. Ey adı dəva, zikri şəfa, itaəti qüvvət. Rəhm et o kəsə ki, sərmayəsi ümid silahı göz yaşıdır. Ey nemətləri kamil və firavan olan. Ey bəla və çətinlikləri aradan qaldıran. Ey qaranlıqda qorxuya düşənlərin nuru. Ey oxumamış alim. Muhəmməd (s.ə.v) və ali Muhəmmədə xatir Saytımızın üzvləri, qonaqları və saytımızdan istifadə edən hər kəsə: Övlad həsrətində olanlara saleh övladlar bəxş et-Amin Ziyarət istəyənlərə Məşhəd, Kərbəla, Həcc ziyarətləri qismət et! Amin Xəstəliyi və xəstəsi olanların xəstəliyinə şəfa ver! Amin Borcu olanların borcunu ödəmək üçün halaldan bi-minnət ruzi nəsib et! Amin Həbsdə olanları, həbsdən azad olunması sevincini yaşat! Amin Evi olmayanlara ev nəsib et! Amin Acları doyuzdur, susuzları sirab elə! Amin Rəhmətə gedənlərini qəriqi-rəhmət et! Əhli cənnət et! Amin Səfərdə olanları, o cümlədən əsgərləri hifs elə! Sağ-salamat evlərinə qaytar! Amin Çətində olanları, sıxıntılarını aradan qaldır! Amin Subay xanımlara Hz Əli (ə) qeyrətli, subay bəylərə xanım Zəhra (s.ə) ismətli həyat yoldaşı nəsib et! Amin Hər kəsin ürəyində nə istəyi varsa öz məsləhət bildiyin və xeyirli olanını qəbul et! Amin Hacətlərini qəbul et! Amin Ruzilərin qarşısını alan,bəla gətirən, ömrü azaldan, namaz və ibadətlərin qəbulunun qarşısını alan günahlarımızı bağışla! Amin Yuxarıda sadalanan və sadalanmayan duaların qəbul olmağı üçün Peyğəmbər (s.ə.v) və onun pak Əhli-beytinə (ə) dilimizdə 10 dəfə ucalı salavat deyək . Allahın firavan Salamı olsun peyğəmbərinə (s.ə.v) və onun ailəsindən olan pak imamlara.
26 Jul

Cüməni mübarək olsun, əziz müsəlman bacı və qardaşlarım!

  • 0
26 Jul

Allah hər kəsə Cümə gününün savabından nəsib etsin, inşAllah!

  • 0
26 Jul

Dualırınız qəbul olması ümidi ilə..Cüməniz Mübarək..

  • 0
26 Jul

Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.)

Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

ALLAHın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

  • 0
26 Jul

Allah hər kəsə Cümə gününün savabından nəsib etsin, inşAllah!

  • 0
  • 0
29 Jul
Inșallah mahșerde peyğenberimizin ailesi ile birlikde geliriz
  • 0
Log in or sign up to add a comment