Allaha xatir paylawaq bu balaca meleye komek edek Allaha xatir imkani olan 1 manatda yardim etse bu bendeni sevindirerik imkani olmayan ise Duasini eksik etmesin insallah
Vəhabi məzhəbi və ölülərə təvəssül etmək      Şiələr deyirlər: “Peyğəmbər və imamların həm sağlıq dövründə, həm də dünyadan köçdükdən sonra onlardan kömək istəmək və istəklər üçün onlara təvəssül etmək düzgündür”. Bu iş əvvəla, puça müraciət etmək deyildir. Şafeilərin ən böyük alimi Qəzali /59/  “Ehyaülumid-din” kitabında yazır: “Bə’zi alimlər demişlər: “Ölüm, elə həmin puç olmaq deməkdir”. Bu, Allaha və ölümdən sonrakı həyata inanmayan mülhidlərin fikridir. Lakin insan bu həyatda yuxuda olduğu
2-ÖLÜLƏRƏ  TƏVƏSSÜL ETMƏK Ölüm-fani olmaq deyil      Vəhabilər deyir: “Allah yanında məqamı olan ölüb getmiş insanlara təvəssül etmək və onlardan istək diləmək düzgün deyil”. Onlar bə’zən Məhəmmməd ibn Əbdülvəhhabın bu fikrinə əsaslanırlar: “Ölülərə təvəssül etmək puça müraciət etməkdir və əqli baxımdan pis işdir. Çünki ölü, dirilərin istəyini yerinə yetirməyə qadir deyil”. Bə’zən isə İbn Teymiyyənin fikrini əsas götürürlər: “Təvəssül şirkdir”. O, (“Minhacüs-sünnə”-birinci hissə- səh. 11-də)
Bir sunnu alimi Imam Huseyn (e.).musubetinden neql edir..Axiracan dinleyin inse Allah
Əzizi qurup iştirakçılarında bu duaları eməyi və bir birimiz üçündə dua etməyi xahiş edirəm . İlahi səni and verirəm Peyğəmbərin (s.v.s) pak Əhlibeytinə (ə Allahım bu ayda həqiqi oruc tutanlara nə verəcəysənsə mənədə onu ver . Allahım səni and verirəm Peyğəmbərlərinə məni Əhlibeytin (ə) yolundan uzaqlaşdırma düz yola hidayət et Allahım Qıyamət günü məni zəlalətə uğramışları dəstəsindən qərar vermə Allahım qəbirmin ilk gecəsi mənim dadlma çat məni öz başıma buraxma .
Bir hədisi-qüdsidə Allah-təala buyurub: "Mən dörd şeyi dörd yerdə qərar vermişəm, lakin camaat onu başqa yerdə axtarır və tapmır: Elmi aclıq və qürbətdə qərar vermişəm, camaatsa onu başqa yerdə axtarır. İzzəti Mənə bəndəlikdə qərar vermişəm, camaatsa onu padşahların qapısında axtarır. Varlılığı qənaətdə qərar vermişəm, camaat isə onu çoxlu mal-dövlətdə axtarır, əldə edə bilmirlər. Rahatlığı behiştdə yaratmışam camaatsa onu dünyada axtarır."
Təkbirin, rükunun, səcdənin, təşəhhüdün, salamın mənasını Həzrət Əli (ə) izah edir Cabir ibni Abdullar Ənsari nəql edir: “Bir gün mövlam İmam Əli (ə) ilə birlikdə idim. Bir nəfəri gördüm ki, namaz qılır. İmam (ə) ona xitab edib buyurdu: “Namazın mənasını bilirsənmi ki, necə olmalıdır?”. Həmin şəxs dedi: “Məgər namazın mənası ibadətdən qeyrisidirmi? Həzrət (ə) buyurdu: “Bəli. Namazın təfsiri vardır ki, ubudiyyətin bütün mənası onda olar”. İmam (ə) buyurdu: “İlk təkbir odur ki, Allah Sübhan
Əgər Qurana nəzər salsaq, görərik ki, cinlərin insanların aləminə giriş qapıları vardır və onlar bəzi zamanlarda insanların aləminə daxil olub, onlarla rabitə qura bilirlər. Belə ki, oxuyuruq: “Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!»”. (“Nəml” 39).   Bəli, bu dünya aləmində biz insanlardan başqa məxluqlar da yaşayır. Onların da yaxşısı və pisi, mömini və kafiri vardır. Hədi
Bir arifdən soruşdular ki, Peyğəmbər (S) nə üçün nəfsin ən təhlükəli düşmən olduğunu deyib. Arif cavab verdi: "Nəfsdən başqa hansı düşmənə yaxşılıq etsən, istədiyini ona versən, səninlə dost olar, amma nəfsin istəklərini nə qədər təmin edirsənsə, bir o qədər qatı düşmənə çevrilir".
Bəzilərində bu sual meydana gəlir ki, Allah şeytanı hansı məqsədlə xəlq etmişdir? Axı insanı hidayət edən peyğəmbərləri və səma kitabları vardır. Şeytanın (lən) xəlq olunmasında məqsəd nə olmuşdur?   Gərək bu sualın cavabında deyək ki, Allah Təala şeytanı, şeytan olaraq xəlq etməmişdir. Əslində Uca Xaliq cinləri xəlq etmişdir. Bu, cindir ki, dönüb şeytan olmuşdur. Eləcə də Allah Fironu, Firon olaraq xəlq etməmişdir, onu insan olaraq xəlq etmişdir. Bu, həmin insandır ki, Firona çevrilmişdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ Bu surələri oxumaq ruzini artırır
Ruzinin artıb-azalması Allahın əlindədir. “Həqiqətən sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar”. (“İsra” 30).   “Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur”. (“Nəcm” 39).   “Məgər sənin Rəbbinin (peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi) mərhəmətini onlar bölüşdürürlər (ki, istədiklərinə versinlər)?! Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük”. (“Zuxruf” 32).   Bəli, Allah hər kəsin ruzisini ver
Allahın Peyğəmbər (ə) buyurur." Kim Allaha görə təvazökarlıq etsə, Allah onu ucaldar. Beləliklə, o, öz nəzərində zəif camaatın gözündə isə böyük olar. Kim təkəbbürlük etsə, özünü böyük tutsa, Allah onu alçaldar. Beləliklə o, camaatın gözündə kiçik, öz nəzərində isə böyük olar. O, camaatın gözündə hətda it və donuzdan da aşağı olar. (Kənzul-Ummal, hədisi 4613-4614) "Ey adəm övladı." Əgər ucalmaq istəyirsənsə bu ucalığı, təvazökarlıqda axdar, təkəbbürlü olmaqda deyil."
Nəhcül-bəlağədən on tövsiyə Təqvalılar mövlası Əli (ə)-dan... 1. Allah qorxusundan ağlamaq qəlbi nurlandırır, günaha qayıdış yolunu bağlayır... 2. Rahatlıq üç şeydədir: Münasib zövcə, xoş rəftarlı övlad və müvafiq dost... 3. Dünyada Allahdan qorxan şəxs axirətdə bu qorxudan azaddır... 4. Əmanəti onu sənə tapşırana qaytar, xəyanət edənə isə xəyanətlə cavab vermə... 5. Gələcək nəsil sizdən ibrət götürməmiş siz keçmiş nəsillərdən ibrət götürün... 6. Cisminiz dünyanı tərk etməmiş qəlblə
Show more
Log in or sign up to add a comment