Coğrafi mövqeyi: Darbaz Kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 23 km qərbdə, dəniz səviyyəsindən 820 m hündürlükdə yerləşir.
Toponimi: 1536-cı ilin sənədlərində Darbasçala kənd adına rast gəlinir. El arasında Darvaz deyilir.
Əhalisi: 1870-ci ildə 72 ailədə 438 nəfər, 1918-ci ildə 2872 nəfər, 1926-cı ildə 208 ailədə 1144 nəfər, 2002-ci ildə 847 ailədə 3743 nəfər, 2006-cı ildə 837 ailədə 3600 nəfər.
Maarif: Məktəbin tarixi 1919-cu ildən başlanır. Orta məktəb (2005-ci ildə 13 sinifdə 267 şagird) fəaliyətdədir.
Məşhurları: Osmanlıda paşalıq rütbəsinə yüksəlmiş Mehralı bəy, ağsaqqal Alı Əhmədoğlu, Alı Orduxanov, şair Mirzə, sərkərdə Ayvaz İsmayılov, İsgəndər Əlləzov, alimlər Məhəmmədəli Məmmədov, Mədəd Çobanov, Fərman Gülməmmədov, Valeh Hacıyev, Murtuz Məmmədov, Fazil Bəxtiyarov, Fəxri Hacıyev, şair Rafiq Hümmət, ‘Gürcü–Azərbaycan dilləri paralelləri’ kitabının müəllifi Məhər Qəhrəmansoy, ‘Çağdaş Borçalı ədəbi məktəbi’, ‘Borçalı aşıqları’ kitablarının yazarı Müşfiq Çobanlı, jurnalist Musa Çobanlı, həkimlər Güləhməd Güləhmədzadə, Səməd Çobanov, hüquq-mühafizəçisi Rəşid Hacıyev, ictimaiyətçilər Hacıməmməd Hacıyev, Əlləz Məmmədov, Novruz Məmmədov, Nadir Əhmədov, Nadir Abbasov, müəllimlər Müseyib Qəmbərov, Süleyman Hacıyev, xeyriyyəçi Ziya Abbasov vb.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев