Nəbibə Həsənova
Azərbaycan SSRİ məişət xidməti naziri Nəbibə Həsənova. 1932-ci ildə Bakıda anadan olub. Karyerası müddətində ona mane olmaq istəyənlər çox olub. Xüsusən ermənilər bu işdə aktivlik göstəriblər.
Amma Nəbibə Həsənova onların cavabını verib. Bir gündə 12 erməni direktoru işdən qovub. Onun erməni əsilli 12 direktoru respublika rəhbərliyi ilə məsləhətləşmədən vəzifədən qovması yuxarılarda birmənalı qarşılanmayıb.
Hətta sensasiya doğurub. Nəbibə Həsənova 1961-ci ildə respublika yerli sənaye nazirinin müavini, 1963-cü ildə isə məişət xidməti və yerli istehsal naziri vəzifələrinə yüksəlib.
Keçmiş SSRİ-nin ən cavan (31 yaşlı) qadın nazirlərindən biri, ermənilərin qənimi 1968-ci ildə isə Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1989-cu ildən fərdi dövlət təqaüddədir. Üç övladı, 5 nəvəsi və iki nəticəsi var.
Nəbibə xanımın dedikləri:
- 1989-cu ildə nazir səviyyəsində fərdi təqaüdə çıxdım. Bu, Qarabağ probleminin başladığı vaxt idi. Həyatımın və fəaliyyətimin qalan hissəsini balalarımın balalarına həsr etdim. Axı övladlarıma istədiyim kimi vaxt ayıra bilməmişdim. Amma indi yenə həmin güc içimdədir. Istənilən sahəni mənə versələr, ayağa qaldırıb uğur əldə edə bilərəm. Axı mən idarəetməni yaxşı bacarıram…
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2