Предыдущая публикация
Abu-kövsər, müntəha, cənnət Muhəmməd eşqinə.
Xəlq edib, Pərvərdigar əvvəl onun pak ruhunu
Yeddi dərya dirçəlib, hörmət Muhəmməd eşqinə.
Xətmi peyğəmbər bəyan etmiş Xudanın hüccətin
Naibi olmuş Əli, Hüccət Muhəmməd eşqinə.
Firqələrdə, birləşibdir hümməti peyğəmbərin
Bəs niyə birləşməyir, hümmət Muhəmməd eşqinə.
Beyət etdim mən Rəsuli- möhtərəmə rəmzidir
Şərt odur qəlb eyləsin beyət Muhəmməd eşqinə.
Bəxş olunmuş fitrətə həqqdən fəzilət çövhəri
Parlasın fitrətdə nur, hikmət Muhəmməd eşqinə.
Yoxdu Allahdan savayı, kimsədə qüdrət, elm
Çün yaranmışdır bəşər, xilqət Muhəmməd eşqinə.
r
Faleddin, vəhdətdilə,Rəbbdə müsəlman xəlqinə
Məğfirət etsin Xuda, rəhmət Muhəmməd eşqinə.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 10
cox sagolun
Men ele bawa duwurem ki bu her muselmanin borcudu.
Inwallah her wey yaxci olar
Inwallah Zamanin agasi tezlikle geler
Inwallah